Yəməndə Ərəbistanın daha bir qırıcısı məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194162-yəməndə_Ərəbistanın_daha_bir_qırıcısı_məhv_edilib
Yəmənin təhlükəsizlik mənbələri Səədənin şimal-şərqində Ərəbistanın dahabir qırıcısının məhv edilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2015 06:12 Asia/Baku
  • Ərəbistan Yəməndə daha bir qırıcısını itirdi
    Ərəbistan Yəməndə daha bir qırıcısını itirdi

Yəmənin təhlükəsizlik mənbələri Səədənin şimal-şərqində Ərəbistanın dahabir qırıcısının məhv edilməsindən xəbər veriblər.

Fars xəbər agentliyinin məlumatına görə, bir Ərəbistan qırıcısı dünən Yəmənin Səədə vilayətinin şimal-şərqində yerləşən Kitaf məntəqəsində vurulub, yerə salınıbdır.
Yəmənin yerli və təhlükəsizlik mənbələri xəbər veriblər ki, Yəmənin ordu qüvvələri zenit atəşi ilə bu qırıcını hədəfə alıblar.
Yəmən Müdafiə Nazirliyi də bir bəyanatda bir Ərəbistan qırıcısının dünən Yəmənin Səədə vilayətinin şimal-şərqində yerləşən Kitaf məntəqəsində vurulub, yerə salındığını təsdiqləyib.
Yerli mənbələr və müşahidəçilər həmçinin dünən səhər Ərəbistan hava qüvvələrinin F-16 qırıcısının Yəmən ordusu tərəfindən vurulub, yerə salınmasından xəbər veriblər. Bu ərəbistanlı qırıcı Sənanın şimalındakı Bəni-Caris bölməsindəki Beyt-Xiyran məntəqəsində süqut edibdir.