Yəməndə insan faciəsi və qida ehtiyatlarının bitməsi
May 25, 2015 14:06 Asia/Baku
-
Yəməndə faciə
Yəmənin bir çox vilayətində qida ehtiyatlarının bitməsi ilə bu ölkə insan faciəsi qarşısında durub.
Səhər kanalının Əlməyadin telakanalına istinadlı məlumatına görə, Yəməndə insani durumun həssas olması haqda xəbərdarlıqlar davam edir və qida yardımlarının çatdırılmasında fasilə və neft məmulatları azlığının davam etməsi ilə bu ölkədə insan və səhiyyə faciəsinin baş verməsi xətəri ciddiləşibdir.Bu kanalın müxbiri bir reportajda deyib: Yəmən xalqı bir tərəfdən, mühasirədə, digər tərəfdən də hava hücumları xətərindədir. İnsani durum bu ölkədə daim pisləşməkdədir.
Qida maddələrinin başa çatması və onlara ehtiyacın artması haqda xəbərdarlıqlar çoxalıb. Yəməndə bu ehtiyaclara tələblər arıtb və ehtiyacı olan insanların sayı 12 milyon nəfəri ötüb keçibdir.
Minarat Strateji Araşdırmalar Mərkəzinin direktoru Əbdurrəhman Ələlfi bu kanala deyib: Biz ardıcıl bombardmanlar və təcavüzlər üzündən böyük insan faciəsi ilə üz-üzəyik. Biz dərman və tibbi ləvazimat çatışmazlığı ilə üzləşirik.
Telekanalın müxbiri sonra deyib: Yardım təşkilatları Yəməndə atəşkəsin uzadılmasına dair tələblərinə məhəl qoyulmamasından, əksinə hava hücumlarının şiddətlənməsindən hiddətləniblər. Bu təşkilatlar bildirirlər ki, müxtəlif vilayətlərdə, xüsusən cənub vilayətlərində qida ehtiyatı başa çatıb, buğdanın qiyməti kəskin surətdə artıb və xalqın alıcılıq qabiliyyəti sıfır həddinə enibdir. Yəmənə təcavüz edənlər və bu ölkə xalqının qanını tökənlər heç bir dəyərə sadiq deyillər. Sosial partiya və qurumlar həmkarlıq etməli və xarici qüdrətlərə və muzdurlara söykənməməlidirlər.
Mövcud göstəricilərə əsasən, Yəmən hər ay yüz min ton taxıla ehtiyaclıdır və bu, bu ölkə xalqının ərzaq və bitki yağı daxil olmaqla əsas mallara olan ehtiyacından yuxarıdır.
Teqlər