Ərəbistanın bir bazası onlarla nəfərin ölməsi və yaralanması ilə ələ keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194200-Ərəbistanın_bir_bazası_onlarla_nəfərin_ölməsi_və_yaralanması_ilə_ələ_keçirilib
Əl-Məsirə televiziyası Nəcrana yaxın əl-Məxruq yüksəkliklərində Yəmən ordusu və xalq komitələri qüvvələrinin əməliyyatı nəticəsində ələ keçirilən Səudiyyə Ərəbistanının hərbi bazasının kadrlarını yayımlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2015 05:46 Asia/Baku
  • Yəmən ordusu
    Yəmən ordusu

Əl-Məsirə televiziyası Nəcrana yaxın əl-Məxruq yüksəkliklərində Yəmən ordusu və xalq komitələri qüvvələrinin əməliyyatı nəticəsində ələ keçirilən Səudiyyə Ərəbistanının hərbi bazasının kadrlarını yayımlayıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu əməliyyatda Ərəbistan ordusunun bir çox avtomobil və hərbi təchizatı məhv edilib və çoxlu sayda ərəbistanlı hərbçi öldürülüb və yaralanıb.
Bu hücum zamanı çoxlu sayda ərəbistanlı əsgər qaçıb.
Məlumata görə, bu bazada yerləşən qüvvələr Ərəbistan ordusunun xüsusi qüvvələri olublar.
Həmçinin bəzi məlumatlara görə, Cizanda bir bazaya hücumdan sonra Ərəbistan ordusunun 4 tankı Yəmən ordusu və xalq qüvvələri tərəfindən məhv edilib.