Ədən aeroportu atəş altında
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194226-Ədən_aeroportu_atəş_altında
Yəmən ordusu və xalq komitələri qüvvələri Nəcranda Ərəbistanın əl-Məxruq hərbi bazasını ələ keçirməklə bir səudiyyəli hərbçini öldürüb və bir qrupu da yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2015 16:30 Asia/Baku
  • Ədən aeroportu
    Ədən aeroportu

Yəmən ordusu və xalq komitələri qüvvələri Nəcranda Ərəbistanın əl-Məxruq hərbi bazasını ələ keçirməklə bir səudiyyəli hərbçini öldürüb və bir qrupu da yaralayıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, bu hücumda Ərəbistan ordusunun bir neçə hərbi avtomobili məhv edilib. Bu bazaya hücum əməliyyatı Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmən ordusu və xalq komitələri qüvvələrinin irəliləməsinin qarşısını almaq üzrə nəticəsiz səyləri ilə eyni zamanda baş tutub.
Habelə Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin Həccə vilayətinin Heyran məntəqəsində dövlət binalarının ətrafını 7 dəfə atəşə tutublar.
Ərəbistan qırıcı təyyarələri Ədən beynəlxalq aeroportunu da bir neçə dəfə hədəfə alıblar. Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Təiz vilayətinin əl-Qərbiyyə kəndinə hücumunda 7 nəfər şəhid olub, 16 nəfər də yaralanıb.
Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün 3-cü ayında həlak olanların sayı 4 min nəfəri keçib. Həlak olanların təxminən 500 nəfəri uşaqdır.