Əlrəmadinin cənubunda iki məntəqə azad edilib
May 27, 2015 20:31 Asia/Baku
-
Əlrəmadinin cənubunda iki məntəqə azad edilib
İraqın Ələnbar Valilik Şurasının üzvü Əlrəmadinin cənubunda Əltaş və Əlhuməyrə məntəqələrinin azad edilməsindən xəbər verib.
Səhər kanalının məlumatına görə, İraqın Ələnbar Valilik Şurasının üzvü Racə Bərəkat Əlisavi deyib ki, iraqlı qüvvələr xalq könüllü qüvvələrinin köməyi ilə bu gün Əlrəmadinin cənubunda Əltaş və Əlhuməyrə məntəqələrini azad etməklə İŞİD-çilərin bu məntəqədəki yardım xətlərini kəsə biliblər.Əlisavi əlavə edib: İraqın ordusu və xalq könüllü qüvvələri bu iki məntəqənin azad edilməsindən sonra Ələnbar universitetinə doğru hərəkət edib və universitetin bəzi hissələrinə daxil olublar.
İŞİD ünsürləri də bu məntəqədə ağır məğlubiyyətdən sonra Əlxalidiyyə adasına tərəf qaçıblar.