May 28, 2015 10:25 Asia/Baku
  • İŞİD terrorçuları
    İŞİD terrorçuları

İŞİD terror qruplaşması Suriyanın Tədmir şəhərinin tarixi bölgəsində 20 nəfəri edam edib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Suriya quruluşuna qarşı müxaliflərə bağlı "Suriya Gözətçiləri" adlanan qrup bildirib: İŞİD terror qruplaşması şiə olmaq və Suriya quruluşu qüvvələrinin kənarında döyüşmək ittihamı ilə 20 nəfəri Tədmir şəhərinin əl-Rumani teatrının həyətində insanların gözü qarşısında güllə ilə atəş açaraq edam edib.
İŞİD terror qruplaşması mart ayının 21-də Suriyanın tarixi Tədmir şəhərini işğal edib.
Bu qruplaşma Tədmir şəhərini işğal etmək üçün 9 günlük müharibədə 217 nəfəri qətlə yetirib.

Teqlər