Tikritdə kütləvi qəbirlərdə 470 cəsəd aşkarlanıb
May 28, 2015 17:24 Asia/Baku
-
Tikrit
KİV İraqın Tikrit şəhərində kütləvi qəbirlərdə 470 cəsədin aşkarlandığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İraq rəsmiləri bu cəsədləri bir neçə kütləvi qəbirdən aşkarlayıblar.Tikrit şəhəri "Ləbbeyk Ya Rəsulullah" əməliyyatında İŞİD ünsürlərindən azad olunduqdan sonra bir neçə kütləvi qəbirin aşkarlanması ilə mütəxəssis komandalar bu qəbirlərdəki qurbanları müəyyənləşdirmək üçün işə başlayıblar.
İŞİd terror qruplaşması Tikriti işğal etdiyi müddətdə yüzlərlə insanı qətliam etdi. Qətlə yetirilənlərin əksəriyyəti sivilləri idi.
Teqlər