Türkiyənin Suriyada silahlı qiyamçılara hərbi dəstəyi üzrə sənədlər yayımlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194327-türkiyənin_suriyada_silahlı_qiyamçılara_hərbi_dəstəyi_üzrə_sənədlər_yayımlanıb
Türkiyə dövlətinin Suriyada qiyamçılara hərbi dəstək verməsi ilə bağlı yeni sənədlər yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2015 03:55 Asia/Baku
  • Türkiyənin Suriyada silahlı qiyamçılara hərbi dəstəyi
    Türkiyənin Suriyada silahlı qiyamçılara hərbi dəstəyi

Türkiyə dövlətinin Suriyada qiyamçılara hərbi dəstək verməsi ilə bağlı yeni sənədlər yayılıb.

Beynəlxalq Səhər Kanalının Euronews informasiya kanalına istinadla verdiyi məlumata görə, Türkiyədə çıxan Cümhuriyyət qəzeti Türkiyə rəsmiləri üçün ciddi başağrısı olacaq təsvirlər yayımlayıb. Bu təsvirlərdə bir neçə yük maşını təsvir olunub. Bu maşınların yükləri isə zahirdə tibb təchizatları olsa da, onların arasında silahların gizlədildiyi görünür. Bu yük maşınları Suriyada humanitar yardımların edilməsi sahəsində fəaliyyət göstərən bir qurumun ixtiyarına verilib.
Cümhuriyyət qəzeti 2014-cü ilin yanvarına aid olan bu təsvirləri cümə günü yayımlayıb.
Euronews həmçinin bildirir ki, yayımlanan fotoşəkillər və videoyazılar Türkiyənin Suriyada silahlı qiyamçılara hərbi yardımları ilə bağlı fərziyyələri təsdiq etmiş olub. Halbuki, Türkiyə hökuməti davamlı olaraq Suriyada qiyamçıların silahlandırılması məsələsini inkar edir.
Türkiyə rəsmiləri bu barədə xəbərlərin yayılmasını önləməyə çalışırlar. Bu təsvirləri yayımlayan qəzetin məsul işçiləri "terrorizm" işi ilə əlaqədar həbs ediliblər. Həmçinin, bu yük maşınlarını izləyən o cümlədən jandarma və ədliyyə işçiləri də həbs ediliblər.