Müctəhid : Səudiyyə qüvvələri terrorçu kamikadzenin İmam Hüseyn(ə) məscidinə girməsini önləməyiblər
May 30, 2015 04:49 Asia/Baku
-
terror
Virtual aləmdə "Müctəhid" adı altında fəaliyyət göstərən və Ali-Səud ailəsinin gizli sirlərini ifşa edən Ərəbistan vətəndaşı bildirib ki, Ərəbistanın şiə tayfalarına bağlı xalq qüvvələri terrorçu kamikadzenin İmam Hüseyn(ə) məscidinə daxil olmasına mane olublar. Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri isə heç bir iş görməyiblər.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, bir terrorçu kamikadze Ərəbistanın şərqində yerləşən Dəmam şəhərində, Ənud məntəqəsində yerləşən İmam Hüseyn(ə) məscidinə daxil olaraq, özünü namaz qılmaqla məşğul olan insanlar arasında partlatmağa çalışıb. Amma, bu terror aktının törədilməsində nakam qalıb və özünü məscidin avtoparkında partladıb.Ərəbistanın Daxili İşlər Nazirliyi etiraf edib ki, bu terror aktı 3 nəfərin şəhid olmasına səbəb olub. Hadisə şahidləri bildiriblər ki, məscidin mühafizəsi ilə məşğul olan yerli xalq qüvvələri öz səyləri ilə terrorçunun məscidə daxil olmasına imkan verməyiblər. Bu terrorçu kamikadze qadın geyiminə malik olub və İmam Hüseyn(ə) məscidinə daxil olmağa çalışıb. Amma, məscidin yerli mühafizəçiləri duyuq düşərək, onun məscidə daxil olmasına mane olublar. Planının baş tutmadığını görən terrorçu gözlənilmədən özünü məscidin avtoparkında partladıb.
Təkfirçi-terrorçu İŞİD qruplaşması bu terror aktının məsuliyyətini üzərinə götürüb.
Teqlər