Ərəbistanın şərqində terror hücumlarına etiraz olaraq aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194337-Ərəbistanın_şərqində_terror_hücumlarına_etiraz_olaraq_aksiya_keçirilib
Ərəbistan əhalisi ölkənin şərqində terror aktları əleyhinə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2015 09:46 Asia/Baku
  • Ərəbistan- etiraz olaraq aksiyası
    Ərəbistan- etiraz olaraq aksiyası

Ərəbistan əhalisi ölkənin şərqində terror aktları əleyhinə aksiya keçirib.

Əl-Aləm kanalının məlumatına görə, Ərəbistan vətəndaşları cümə günü Dəmam və Qətif şəhərlərində aksiyalar təşkil edərək, bu iki şəhərdə terror aktlarının keçirilməsini pisləyib, terror aktı qurbanlarının ailələri ilə həmrəyliklərini elan ediblər.
Aksiya iştirakçıları təkfirçilik düşüncəsini Ərəbistanda məzhəblərarası təfriqə amili adlandırıb və bu faktı pisləyiblər.
Ərəbistan vətəndaşları Qətif və Dəmam şəhərlərində Ali-Səud rejimindən istəyiblər ki, ölkənin dövlət telekanallarında təhrikedici və fitnəkarlığa səbəb olan təbliğatların yayımlanmasını dayandırsın və vətəndaşların təhlükəsizliyini təmin etsin.
Cari may ayının 22-si və 29-da Ərəbistanın Qətif və Dəmam şəhərlərində şiələrin məscidlərinə qarşı törədilən 2 terror aktında 26 nəfər həlak olub, 110 nəfər də yaralanıb.