Əl-Aləm kanalına hücum
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194351-Əl_aləm_kanalına_hücum_
Əl-Aləm informasiya kanalı bir daha geniş "parazit" dalğasının hücumuna məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2015 15:41 Asia/Baku
  • Əl-Aləm kanalına hücum
    Əl-Aləm kanalına hücum

Əl-Aləm informasiya kanalı bir daha geniş "parazit" dalğasının hücumuna məruz qalıb.

Beynəlxalq Səhər Kanalının məlumatına görə Əl-Aləm kanalının Beyrutdakı ofisi bildirib: Texniki araşdırmaların ardınca məlum olub ki, Ərəbistan tərəfindən ahəngdarlaşdırılmış formada Yəmən və Efiopiyada əl-Aləm kanalına qarşı "parazit" dalğalar buraxan qaynaqlar yaradılıb. Bu məlumata görə, bu dalğaların ötürülməsinə təqribən bir həftə öncədən start verilib. Əl-Aləm kanalının yayım frekansı üzərinə "parazit" dalğaların yönləndirilməsi və bu informasiya kanalının internet səhifəsinin haker hücumuna məruz qalması ərəb ölkələrində kanalın tamaşaçılarının əl-Aləm kanalına çıxışını məhdudlaşdırmağa hesablanmış bir təxribat hərəkətidir. Son zamanlar həmçinin Ərəbistanın Yəmənə qarşı təcavüzləri ilə bir vaxtda, Ərəbistan əl-Aləm kanalının Youtube və Twitter kimi sosial şəbəkələrdəki hesabına haker hücumu təşkil edərək, yalan informasiyalar yaymağa başlayıb.