İŞİD Ələnbar və Diyalədə 500 iraqlı uşağı oğurlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194371-İŞİd_Ələnbar_və_diyalədə_500_iraqlı_uşağı_oğurlayıb
Təkfirçi-terrorçu İŞİD qruplaşması öz sıralarına qatmaq məqsədi ilə İraqın Diyalə və Ələnbar vilayətlərində 500 uşağı oğurlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2015 08:51 Asia/Baku
  • İŞİD Ələnbar və Diyalədə 500 iraqlı uşağı oğurlayıb
    İŞİD Ələnbar və Diyalədə 500 iraqlı uşağı oğurlayıb

Təkfirçi-terrorçu İŞİD qruplaşması öz sıralarına qatmaq məqsədi ilə İraqın Diyalə və Ələnbar vilayətlərində 500 uşağı oğurlayıb.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, İraqın Diyalə vilayət polisinin mayoru Casim Səidi İŞİD-in Diyalə vilayətində yaşı 16-ya çatmamış 100 uşağı öz sıralarına qatdığını ifşa edib.
Mayor Casim Səidi deyib: İŞİD bu uşaqları manqurtlaşdırdıqdan sonra onlardan terror hücumlarında istiafə edir.
Bu məlumata görə, İŞİD bu uşaqlara xüsusi hərbi təlimlər keçdikdən sonra onlardan İraq ordusu ilə savaşda istifadə etmək istəyir.
Casim Səidi həmçinin xəbərdarlıq edib ki, İŞİD bu uşaqların bir hissəsinin İraqın digər məntəqələrinə, hətta Suriyaya xüsusilə də bu ölkənin şimal və şərq məntəqələrinə aparır.
Asiya-Nyus informasiya portalı da yazır: Ələnbar vilayət şurasının üzvü Fərhan Məhəmmədi İŞİD-in müxtəlif metodlardan istifadə edərək, Ələnbar vilayətində 400 uşağı öz sıralarına cəzb etdiyindən xəbər verib.