İŞİD Kərkükün qərbində bir məscidi partlatdı
May 31, 2015 18:57 Asia/Baku
İnformasiya qaynaqları Kərkükün qərbində yerləşən Nəzhan Cəburi məscidinin İŞİD terrorçuları tərəfindən partladıldığını bildiriblər.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, əl-Məyadin informasiya kanalı bu gün bildirib ki, İŞİD terrorçuları Nəzhan Cəburi məscidini yağmaladıqdan sonra onu partladıblar. Bu məscid Kərkükün qərbində, Huveycə məntəqəsində yerləşir.Əl-Məyadin informasiya kanalı hadisənin detallarına işarə etməyib. Digər tərəfdən, İraqın əl-Ənbar vilayətinin əl-Bəğdadi məntəqəsində bir təhlükəsizlik rəsmisi bu gün deyib: İŞİD-in əl-Bəğdadi məntəqəsində bir yaşayış massivinə olan raket hücumu zamanı 3 uşaq xəsarət alıb.
Süməriyyə Nyus informasiya portalı da bildirib ki, İŞİD Rəmadi şəhərinin 90 kilometrliyində yerləşən bu yaşayış massivini kimyəvi başlığa malik olan 3 ədəd raket ilə hədəfə alıb. Bu təhlükəsizlik rəsmisi adının gizli qalmasını istəyib və deyib: İraqın təhlükəsizlik qüvvələri bu hücum nəticəsində xəsarət alan 3 uşağı xəstəxanaya yerləşdiriblər.
Digər tərəfdən, İraqın sürətli reaksiya qüvvələrinə yaxın bir mənbə bildirib ki, Fəllucənin şimalında İŞİD terrorçuları ilə İraqın təhlükəsizlik qüvvələri arasında gedən toqquşmalarda 18 terrorçu məhv edilib. Bu mənbənin dediyinə görə, öldürülən İŞİD-çilərdən 5-i terrorçu kamikadze olub. Onlar sürətli reaksiya qüvvələrinin daxilinə nüfuz etmək niyyətində olublar.