Səna hələ də Səudiyyə Ərəbistanının hücumlarına məruz qalır
İyun 01, 2015 05:24 Asia/Baku
-
Səudiyyə Ərəbistanının hücumları
Səudiyyə Ərəbistanının Sənaya hücumları BMT və ABŞ nümayəndələrinin bu şəhərdə olmasına baxmayaraq davam edir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Yəmən və Səudiyyə Ərəbistaının sərhədlərində quru döyüşlər də şiddətlənib.Bununla yanaşı Yəməndə 75 kilometr radiuslu 3 raketi eyni anda atmaq qabiliyyətinə malik Zilzal raket sisteminin təqdimatı keçirilib. Yəmənin daxilində istehsal olunan ikinci raket sistemi bu ölkənin hərbi mütəxəssisləri tərəfindən istifadəyə verilmişdir.
Zilzal raket sistemi Yəmən ordusu və xalq qüvvələrinin hərbi sənaye mütəxəssislərinin yeni nailiyyəti hesab olunur və Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin hücumları ilə mübarizə üçün yüksək dağıdıcı qabiliyyətə malikdir.
Bəzi xəbər dairələri Yəmən ordusunun Səudiyyə Ərəbistanının Əsir məntəqəsində Eynul-Harrə hərbi bazasına nəzarəti ələ keçirdiyini bildiriblər.
Səna və Yəmənin digər şəhərləri səudiyyə rejimi tərəfindən tətbiq olunan mühasirəyə görə ağır dərman çatışmazlığı ilə üzləşiblər.
Yəmənə qarşı tətbiq olunan hava, quru və dəniz mühasirəsinə görə, bu ölkədə tibbi xidmətlər gün-gündən daha da acınacaqlı hal alır və dərman, xüsusilə də təhlükəli xəstəliklərin müalicəsi üzrə dərman çatışmazlığı xəstələri çıxılmaz vəziyyətlə üzləşdirib.
Təxminən ehtiyac duyulan dərman preparatlarının 90% xaricdən təmin olunan Səna, Ədən və Yəmənin digər şəhərlərində dərman çatışmazlığı və tibbi təchizatın olmaması, hava, quru və dəniz mühasirəsinin davam etməsi ilə daha da şiddətlənmişdir. Bu məsələ Yəmən rəsmiləri və vətəndaşlarının nigaranlığını artırmışdır.
Yəmən Ənsarullah Hərəkatının üzvü deyib: Səudiyyə Ərəbistanı Yəmən danışıqlarında Ənsarullah Hərəkatının qalib olduğunu bildiyi üçün belə danışıqların keçirilməsinə mane olmağa çalışır.
Teqlər