İŞİD-in "mənəvi atası" Fəllucədə öldürüldü
İyun 01, 2015 09:55 Asia/Baku
-
İŞİD terror qruplaşması
İŞİD terror qruplaşmasının "mənəvi atası" İraq qırıcı təyyarələrinin Fəllucə şəhərinə hücumunda öldürülüb.
Səhər Beynəlxalq Televiziyasının İordaniyanın rəsmi informasiya agentliyinə istinadla verdiyi məlumata görə, İraq təhlükəsizlik dairələri bazar günü İŞİD terror qruplaşmasının "mənəvi atası və bu qruplaşmaya bağlı 8 ünsürün Bağdadın qərbində yerləşən Fəllucə şəhərində öldürüldüyünü bildiriblər.İraq ordusunun yüksək çinli zabiti deyib: İraq qırıcı təyyarələri bazar günü Bağdadın 50 kilometr qərbində yerləşən Fəllucə şəhərində dövlət banklarından birinin yaxınlığında İŞİD-in terror qruplaşmasının bir məkanını hədəfə alıblar. Bu hücum nəticəsində İŞİD-in "mənəvi atası" və 8 terrorçu öldürülüb.
Bu təhlükəsizlik rəsmisinin bildirdiyinə görə, hava hücumu dəqiq məlumata əsasən həyata keçirilib.
İraq rəsmisi bu barədə əlavə məlumat verməyib.