İyun 02, 2015 11:08 Asia/Baku
  • Hizbullah Ərsalın terrorçulardan təmizlənməsinə başladı
    Hizbullah Ərsalın terrorçulardan təmizlənməsinə başladı

Livanın bir xəbər portalı bildirib ki, Livan Hizbullahı döyüşçüləri media səs-sorağı olmadan ötən bir həftədən Ərsal sərhəd məntəqəsinin terrorçulardan təmizlənməsinə başlayıblar.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, bəzi Livan mediaları bildiriblər ki, Hizbullah döyüşçüləri təxminən bir həftə öncədən ölkənin şərqində yerləşən Ərsal sərhəd yüksəkliklərindəki terrorçuları sıxışdırmaq üçün əməliyyata başlayıblar.
Əl-Nəşrə xəbər portalı Hizbullah tərəfindən Ərsal sərhəd yüksəkliklərində təmizləmə əməliyyatının başlandığını bildirib və əlavə edib: Müqavimət döyüşçüləri bu əməliyyatda tədrici irəliləmə və nəzarət etmə taktikasını nəzərdə tutublar.
Bu xəbər portalı əlavə edib: Hizbullah səs-səmirsiz və sakit fəaliyyətlə bu istiqamətdə addım atır. Belə ki, indiyə qədər Ərsal yüksəkliklərində bəzi həssas bölgələr azad olunub. Lakin bu məsələni medialarda elan etməyib.
Hizbullah rəsmiləri ötən günlərdə Livanın şərq bölgələrinin terrorçulardan təmizlənməsini vurğulayıb və xatırladıblar ki, bu istiqamətdə ordunu dəstəkləyirlər.
Transmilli terrorçular Suriyanın Qələmun bölgəsində məğlub olduqdan sonra Livanın şimal-şərqində Ərsal şəhərinə geri çəkiliblər.
Hazırda İŞİD terrorçuları bu şəhərdə Livan və Suriya ordularının mühasirəsindədirlər.
Livanın nüfuzlu xristian rəhbərlərindən Mişel Oun, həmçinin köçərilər və xalq qüvvləri terrorçuların Ərsaldan qovulması üçün müqavimət qüvvələrinin əməliyyatını dəstəkləyiblər.
Ərəbistan və Amerikanın dəstəyinə malik Səd Həririnin rəhbərlik etdiyi 14 Mart qrupu Ərsalın terror qruplaşmalarından təmizlənməsi üzrə Hizbullahın əməliyyatına qarşı çıxıb.

Teqlər