Ənsarullah Sənada Qətər və Türkiyənin 8 casusunu yaxaladı
İyun 02, 2015 13:04 Asia/Baku
-
Ənsarullah qüvvələri
Ənsarullah Hərəkatının rəhbərlərindən biri Sənada Yəmən Xarici İşlər Nazirliyinə hücumu planlaşdıran 8 Türkiyə və Qətər casusunun yaxalandığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Ənsarullahın rəhbərlərindən biri Rəzzaq Həmid əl-Əmcədi Fars Xəbər Agentliyi ilə müsahibədə Yəməndə 8 muzdlunun həbs olunduğunu bildirib. Belə ki, bu muzdlular terrorçuları dəstəkləmək üçün Türkiyə və Qətərin casusluq xidmətləri ilə əməkdaşlıq edirmişlər.Həmid əl-Əmcədi əlavə edib: Biri Sudan vətəndaşı olan bu 8 muzdlu Sənada terror aktları törətmək və Yəmən Xarici İşlər Nazirliyinin binasını partlatmaq üçün Ərəbistanın casusluq xidmətinin dəstəyindən faydalanırmış.
Əl-Əmcədinin sözlərinə görə, bu muzdlular etiraf ediblər ki, Türkiyə, Qətər və Ərəbistanın casusluq xidmətləri onları 2014-cü ildə terror yaraqlı dəstəsi təşkil etmək və inqilab komitələri və Ənsarullah Hərəkatına zərbə vurmaq üçün əməkdaşlığa cəlb ediblər.
Teqlər