Yəmənin təhsil infrastrukturları dağılıb
İyun 04, 2015 10:24 Asia/Baku
-
Yəmənin təhsil infrastrukturları dağılıb
Ali-Səudun hərbi təcavüzünün ardınca Yəmənin 115 təhsil infrastrukturu dağılıb.
Səhər kanalının məlumatına görə, Yəmən təhsil nazirinin müavini Abdulla Əlhamidi bu ölkənin rəsmi Səba xəbər agentliyi ilə müsahibədə deyib: Məlumatlara əsasən, indiyədək səudiyyə qırıcılarının təcavüzlərində Yəmənin 11 vilayətindəki 115 məktəb və təhsil infrastrukturu dağılıb.Abdulla Əlhamidi əlavə edib: Dağılmış məktəb və digər sosial infrastrukturun sayı təqdim olunmuş rəqəmdən daha çoxdur.
Yəmən təhsil nazirinin müavini deyib: Təcavüzkarlar nəinki xalqın ümumi və xüsusi təsisatları və infrastrukturlarını, həm də gələcək nəsillərin yolunu işıqlandırmaq üçün bir şüa olan və onları elm silahı ilə təchiz edən hər bir mənbəyi dağıtdılar.
Yəmənin istefa vermiş və fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini geri qaytarmaq daxil olmaqla xas hədəflərlə Yəmənin müxtəlif məntəqələrini bombalayıb, bu ölkənin günahsız xalqından bir çoxunu öldürmüş, yaralamış və didərgin salmış Ərəbistan rejimi öz istəklərindən heç birinə çatmayıbdır.
Teqlər