Yəməndə bəzi uçuşlar yenidən başlayıb
İyun 05, 2015 04:59 Asia/Baku
-
Yəməndə bəzi uçuşlar yenidən başlayıb
Bəzi hava yolları şirkətlərinin Yəmən paytaxtı Səna beynəlxalq hava limanından uçuşları yenidən başlayıb.
Səhər Beynəlxalq Televiziyasının Röyters İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Yəmənin Hava Yolları Şirkətinin rəyasət heyətinin sədr əvəzi Məhəmməd Əbdülhəmid əl-Məxəllaqi bildirib: Bu şirkət İordaniyaya öz hava uçuşlarına yenidən başlayıb.Məlumata görə, Yəmən vətəndaşlarının müalicə, təhsil və digər bəzi təcili hallarla əlaqədar ölkədən xarici göndərilməsi Səna aeroportunun yenidən fəaliyyətə başlamasının səbəbləridir.
Ərəbistanın Yəmənə hava hücumları başlandıqdan sonra Səna və digər aeroportlar arasında bütün uçuşlar dayandırılmışdı.
Teqlər