Yəmən xalqı Ali-Səud qırıcılarının hücumlarına məruz qalır
İyun 05, 2015 08:54 Asia/Baku
-
Yəmənlilər Ərəbistanın hücumlarına məruz qalırlar
Ali-Səud rejiminin qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumlarında çoxlu sayda Yəmənin günahsız vətəndaşı həlak olub.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadinə istinadla verdiyi məlumata görə, Ali-Səud rejimi qırıcı təyyarələri bu gün Sədə, Zimar, Təiz və İb vilayətlərini hücumlara məruz qoyublar.Tibb mənbələrinin bildirdiyi ilkin məlumatlara görə, təkcə Sədəyə hücumda 8 nəfər həlak olub.
Tibb mənbələri bildiriblər: Ehtimal üzrə həlak olanların sayı artacaqdır.
Zimara hücumda da 2 nəfər həlak olub, 22-dən çox yəmənli yaralanıb. Yaralılardan bəzisinin uşaq olduğu bildirilir.
Yəməndən əldə olunan başqa bir məlumata görə, Yəmənin Ərəbistanla sərhədlərində hərbi döyüşlər davam edir və tərəflər toplar və raketlərlə bir-birlərinin mövqelərini atəşə tuturlar.
Yəmənin Müdafiə Nazirliyi bildirib ki, Yəmən ordusu və xalq komitələri Cizan məntəqəsində yerləşən Ərəbistanın əl-Rədif hərbi qülləsini məhv ediblər.
Yəmən Müdafiə Nazirliyi bildirib: Yəmən ordusu və xalq komitələrinin Ərəbistanın Şibkə bazasına hücumundan sonra ərəbistanlı hərbçilər kütləvi şəkildə qaçmağa başlayıblar.
Həmçinin Yəmən qüvvələrinin Ərəbistanın əl-Rədif bazasına doğru irəliləməsi zamanı Ərəbistan ordusunun bir tankı və iki hərbi avtomobili məhv edilib.
Yəmənin qrupları və vətəndaşları Yəmən barədə Cenevrə iclasının keçirilməsi üçün yeni zamanın təyin olunmasını müsbət qarşılayıblar.
Digər bir məlumata görə, BMT bildirib ki, Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü başlandıqdan didərginlərin sayı 1 milyonu keçib.
BMT-nin sözçüsü Stefan Dojarrik mətbuat konfransında deyib: Yəməndə yeni bölgələrə daxil olduğumuz zaman bu ölkə didərginlərinin sayının artacağını gözləyirik.
BMT-nin humanitar yardımlar üzrə koordinasiya ofisinin məlumatlarına əsaslanan Dojarrik bildirib: Bu sayın təxminən yarısı Yəmənin şimal-qərbində yerləşən Həccə vilayəti və cənubda yerləşən əl-Zali vilayətinə aiddir.
Bu arada Ali-Səud rejiminin Yəmənə hava hücumları nəticəsində şəhid olan yəmənli sivillərin sayı 2477 nəfərə çatıb.
Teqlər