Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
İyun 05, 2015 13:43 Asia/Baku
Beynəlxalq Amnistiya təşkilatı Şeyx Əli Salmanın mühakimə olunması prosesini ciddi şəkildə izlədiyini bildirərək onun dərhal azad edilməsini istəyib.
Səhər Beynəlxalq Televiziyasının əl-Nəşrə xəbər portalına istinadla verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Afrika məsələləri üzrə direktorunun müavini Səid Bumduhə bildirib: Biz illərlə öncədən Bəhreynin əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın açıqlamalarını ciddi şəkildə izləmişik. Şeyx Əli Salman heç vaxt kobudluqdan istifadəyə dəvət etməmiş, hətta işarə belə etməmişdir. O mövqeyi və əqidəsinə görə həbs olunmuşdur. Biz həmişə onun dərhal azadlığını istəmişik və istəyəcəyik.Bumduhə bildirib: Biz Şeyx Əli Salmanın mühakimə prosesini həmişə izləyir və onun həbs olunduğu zamandan azad olunmasını istəmişik. Çünki ona qarşı irəli sürülən ittihamlar barədə heç bir fakt yoxdur.
Şeyx Əli Salman uzun müddətdir Ali-Xəlifə rejiminin həbsindədir və dəfələrlə saxta ittihamlarla mühakimə olunmuşdur. Onun həbsi ictimai və beynəlxalq etirazlara səbəb olmuşdur.