Səudiyyə Ərəbistanı və "İsrail" İrana qarşı əməkdaşlıq edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194570-səudiyyə_Ərəbistanı_və_İsrail_İrana_qarşı_əməkdaşlıq_edirlər
Amerikalı jurnalist bildirib: Səudiyyə Ərəbistanı və İsrail rejiminin İrana qaşrı əməkdaşlığı onların müştərək mənafeyinin səbəbidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2015 09:14 Asia/Baku
  • Səudiyyə Ərəbistanı və
    Səudiyyə Ərəbistanı və "İsrail" İrana qarşı əməkdaşlıq edirlər

Amerikalı jurnalist bildirib: Səudiyyə Ərəbistanı və İsrail rejiminin İrana qaşrı əməkdaşlığı onların müştərək mənafeyinin səbəbidir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Nyu-Yorkda jurnalist və siyasi məsələlər üzrə təhlilçi Daun Debuer İranla qarşılaşmaq üçün Təl-Əviv və Ali-Səud rejimlərinin əməkdaşlığı barədə deyib: Belə bir xəbərin yayılması təəccüb ediləsi deyildir. Lakin maraqlı məsələ budur ki, bu məsələ açıq şəkildə bəyan olunur.
Debuer xatırladıb: Amerikanın xeyrinə olan Tehrana qarşı Ər-Riyad və Təl-Əvivin siyasətlərinin eyni olması bu sahədə düşündürücü hallardan hesab olunur.
Amerikalı jurnalist əlavə edib: Fələstinin məzlum xalqını dəstəkləməli olan Səudiyyə Ərəbistanı İsrailə qarşı heç bir addım atmayıb, üstəlik bölgədə Təl-Əvivə qarşı diplomatik səyləri zəiflədib.
O xatırladıb: Səudiyyə Ərəbistanı Yəməndə problemlə üzləşdi, çünki bu ölkəyə daxil olmaq qərarına gəlmişdi. Lakin Yəmən xalqı Səudiyyə Ərəbistanına qarşı birləşdi və müharibə bu ölkə sərhədlərindən çıxdı və Ərəbistana sirayət etdi.
Bu amerikalı fəal həmçinin bidirib: Ağır repressiv şəraitdə olan Ərəbistan vətəndaşları qiyama hazırdırlar.