Fələstin xalqı sionist rejimin irqçilik siyasətinə etiraz edir
İyun 06, 2015 09:15 Asia/Baku
-
Fələstin xalqı sionist rejimin irqçilik siyasətinə etiraz edir
Yüzlərlə fələstinli sionist rejimin fələstinlilərin evlərini dağıtmaq və onların ərazilərinin işğal olunması ilə bağlı hərəkətlərinə etiraz olaraq aksiya keçirib.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, cümə günü İordan çayının qərb sahilində yerləşən Əl-Xəlilin yaxınlığında baş tutan bu aksiyada etirazçılar sionist rejim məhkəməsinin Sosya kəndində 340 evin dağıdılması ilə bağlı qərarını pisləyiblər.Sionist rejim knessetinin üzvlərindən biri Dav Xenin bu aksiyada iştirak edərək, Sosyanı 1967-ci il müharibəsinin ildönümü mərasiminin keçirilməsi üçün ən yaxşı məkan adlandırıb və deyib: Sosya işğalçılığın tam bariz nümunəsidir. Çünki onun sakinlərinə deyilibdir ki, Yer kürəsində onlara yer yoxdur.
Sionist rejim məhkəməsi may ayında Sosya kəndində 340 evin dağıdılmasına qərar verib. İnsan Haqları Gözətçisi Təşkilatı bu qərarı sionist rejimin işğal olunmuş ərazilərdə yaşayan fələstinlilər qarşısındakı öhdəliklərini pozmaq adlandırıb.
Teqlər