İraqın qərbində onlarla İŞİD-çi öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194575-İraqın_qərbində_onlarla_İŞİd_çi_öldürülüb
İraq ordusu bu ölkənin qərbində irəliləyişlər edərək, onlarla İŞİD terror qruplaşmasının ünsürünü öldürübdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2015 09:41 Asia/Baku
  • İraqın qərbində onlarla İŞİD-çi öldürülüb
    İraqın qərbində onlarla İŞİD-çi öldürülüb

İraq ordusu bu ölkənin qərbində irəliləyişlər edərək, onlarla İŞİD terror qruplaşmasının ünsürünü öldürübdür.

Səhər Beynəlxalq Televiziyasının İraqın əl-Məsələ xəbər portalına istinadla verdiyi məluamta görə, İraq ordusu qüvvələri xalq könüllü qüvvələri ilə birlikdə cümə günü əl-Anbar vilayətinin Fəllucə və əl-Nəbai bölgələrində irəliləyib və 36 terrorçunu, o cümlədən iki səudiyyəli snayperi öldürüblər.
Babil Vilayət Şurasının üzvü Hüseyn Fədəmin dediyinə görə, İraq qüvvələri əl-Anbarda irəliləyişlər əldə edərək, əl-Anbar vilayətinin idman kompleksi və universitetinə nəzarəti tam şəkildə ələ keçiriblər. Rəmadi şəhərində terrorçuların vəziyyəti ağırdır və onlar bu şəhərdən çıxmağa çalışırlar.