Yəmən ordusu Ərəbistanın hərbi mövqelərinə 80 Skad raketi atdı
İyun 06, 2015 15:49 Asia/Baku
-
Yəmən ordusu Ərəbistanın hərbi mövqelərini atəşə tutub
Ərəbistanın Cizan bölgəsindəki sərhəd hərbi bazaları Yəmən ordusu və xalq komitələrinin raket hücumlarına məruz qalıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Məyadinə istinadlı verdiyi məlumata görə, Yəmən ordusu və Ənsarullaha bağlı xalq komitələri 80 raketlə Ərəbistanın Cizan sərhəd bölgəsindəki hərbi mövqelərini atəşə tutublar.Hələlik səudiyyəli hərbçilərin tələfatı barədə məlumat yayılmayıb.
Yəmənin yerli dairələri bu ölkə ordusunun Ərəbistanın sərhəd bölgələrinə raket hücumu Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölglərinə hava təcavüzlərinin davam etməsinə cavab olaraq həyata keçirilib.
Səudiyyə Ərəbistanı öz cinayətlərinin davamında bu gün günortadan sonra Həccə vilayətinin Heyran məntəqəsində yəmənli didərginlərin düşərgəsini bombalayıblar. Nəticədə 8 nəfər həlak olub 50-dən çox sivil yaralanıb.
Ərəbistanın başçılıq etdiyi koalisiyanın sözçüsü Əhməd əl-Əsiri bildirib ki, Yəmən Ənsarullahının ən azı 300 Skad raketi vardır.
Teqlər