Ərəbistanın Həccə vilayətinə təcavüzündə 27 yəmənli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194592-Ərəbistanın_həccə_vilayətinə_təcavüzündə_27_yəmənli_şəhid_olub
Ərəbistanın Yəmənin şimalında yerləşən Həccə vialyətinin şəhərlərindən birinin səhiyyə və təlim mərkəzlərinə vəhşicəsinə hücumlarında şəhid olanların sayı 27 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2015 04:59 Asia/Baku
  • Səudiyyəlilərin hücumunda 27 yəmənli şəhid olub
    Səudiyyəlilərin hücumunda 27 yəmənli şəhid olub

Ərəbistanın Yəmənin şimalında yerləşən Həccə vialyətinin şəhərlərindən birinin səhiyyə və təlim mərkəzlərinə vəhşicəsinə hücumlarında şəhid olanların sayı 27 nəfərə çatıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalının xəbər portalına istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Həccə vilayətinin Bəkil əl-Mir şəhərində məktəb, tibb məntəqəsi və səhiyyə mərkəzinə hücumları nəticəsində 27 nəfər şəhid olub. Bu hücumlarda bir qrup yəmənli də yaralanıb.
Əl-Mötəmər xəbər portalı da Həccə vilayətinin yerli rəsmisinə istinadla yazıb: Ərəbistan məktəbləri, tibb mərkəzləri və mənzilləri bombardman etməyi davam etdirir. Səudiyyəlilərin hücumları nəticəsində indiyə qədər Yəmənin infrastrukturları, xəstəxanaları, məktəbləri, hətta vətəndaşların məznilləri dağıdılıb və minlərlə yəmənli, o cümlədən qadın və uşaqlar ya həlak olub, ya da yaralanıb.
Ərəbistan rejimi Yəmən ordusu və inqilabçılarının dünyanın ən böyük neft istehsalçısı olan ARAMKO neft şirkətinin Zəhran bölgəsindəki obyektlərini raketlə atəşə tutmaları və Xəmis bölgəsində hava bazasını hədəfə almalarından sonra, Yəmənin sivilləri və əsaslı infrastrukturlarını dəlicəsinə bombardman edib.