Ərəbistanın Cizan şəhəri süqut etməkdədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194618-Ərəbistanın_cizan_şəhəri_süqut_etməkdədir
Bəzi ərəbistanlı hərbçilər Yəmən ordusunun Ərəbistanın Cizan şəhərinə daxil olması üçün sövdələşmə və xəyanət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2015 08:11 Asia/Baku
  • Ərəbistanın Cizan şəhəri süqut etməkdədir
    Ərəbistanın Cizan şəhəri süqut etməkdədir

Bəzi ərəbistanlı hərbçilər Yəmən ordusunun Ərəbistanın Cizan şəhərinə daxil olması üçün sövdələşmə və xəyanət ediblər.

Səhər kanalının Ələrəbiyyə telekanalına istinadlı məlumatına görə, bu xəbər Cizan şəhərinin süqut etməsi üçün bir zəmindir.
Həmçinin Ali-Səud rejiminin qırıcıları Yəmənin Əbin, Ləhəc, İmran və Səna şəhərləri, eləcə də Marəb su bəndini bombalayıblar. Bu hücumlarda onlarla nəfər şəhid olub və yaralanıb.
Səudiyyəlilər həmçinin bu ölkə ilə Yəmən sərhədlərinə yüzlərlə ədəd top, tank və hərbi təchizat göndəriblər.
Eyni zamanda Yəmən ordusu xalq komitələrinin köməyi ilə Şəbuh-da bir neçə hərbi bazanı Əlqaidə və İŞİD ünsürlərindən təmizləyibdir. Həmçinin Yəmənin ordusu və xalq qüvvələri Cizanda səudiyyəlilərin Əldədud hərbi bazasını artilleriya atəşinə tutublar.
Belə bir halda, BMT-nin Yəmənə göndərilmiş nümayəndəsi İsmayıl Əlşeyx yəmənli qrupların iyunun 14-də Cenevrədə keçiriləcək iclası ərəfəsində vurğulayıb ki, bu danışıqlar məşvərət deyil, yəmənli-yəmənli mahiyyətli olmalıdır.