BMT baş katibi "İsrail"i uşaqların hüquqlarını pozanların siyahısından çıxarıb
İyun 09, 2015 10:06 Asia/Baku
-
BMT baş katibi sionist rejimi uşaqların hüquqlarını pozanlardan saymır
BMT baş katibi düşündürücü bir hərəkətdə işğal olunmuş ərazilərdə, xüsusilə də Qəzzə zolağında fələstinli uşaqları qırğın edən sionist rejimi uşaqların hüquqlarını pozanlar siyahısına salmayıb.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, bir çox beynəlxalq qurum, o cümlədən sionist rejimin Qəzzədəki 22 və 50 günlük müharibələri üzrə faktaraşdırıcı komitə və İnsan Haqları Gözətçisinin sionistlərin vəhşicəsinə hücumları nəticəsində günahsız uşaqların qətlə yetirilməsi barədə hesabatlarını olmasına baxmayaraq, BMT baş katibi Ban Ki Mun İsrail rejimini uşaqların hüquqlarını pozanlar siyahısından çıxarıb.Sionist rejimin BMT-dəki nümayəndəsi Ran Prosor Ban Ki Munun bu "xoş xidməti"nə münasibət bildirərək deyib: BMT baş katibinin haqqı vardır ki, müxtəlif təşkilatlar və ərəb ölkələrinin diktəsi ilə olan açıqlamaları qəbul etməsin və İsrailin adını İŞİD, əl-Qaidə və yaxud Talibanla eyni sırada çəkməsin.
BMT-nin Uşaq Fondu YUNİSEF-in bildirdiyinə görə, Qəzzədə ötən yaydakı 50 günlük müharibədə 539 fələstinli uşaq şəhid olub, 2956 uşaq da yaralanıb.