Ərəbistan və Bəhreyn ordularının Yəmənə ilk quru hücumları məğlubiyyətə uğradı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194659-Ərəbistan_və_bəhreyn_ordularının_yəmənə_ilk_quru_hücumları_məğlubiyyətə_uğradı
Yəmən ordusu Ərəbistanın bu ölkə ərazisinə ilk quru hücumunu dəf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2015 08:14 Asia/Baku
  • Ərəbistanın Yəmənə ilk quru hücumu məğlubiyyətə uğrayıb
    Ərəbistanın Yəmənə ilk quru hücumu məğlubiyyətə uğrayıb

Yəmən ordusu Ərəbistanın bu ölkə ərazisinə ilk quru hücumunu dəf edib.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin rəsmi informasiya agentliyinə istinadla verdiyi məlumata görə, Yəmən ordusu xalq qüvvələrinin dəstəyi ilə Ərəbistanın quru qüvvələrinin Yəmənin şimalında Hirz sərhəd bölgəsinə nüfuz etməklə bağlı ilk səylərini məğlubiyyətə uğradıb.
Bu məlumata görə, Yəmən və Ərəbistan arasında sərhəd bölgələr analoqu olmayan döyüşlərin şahidi olub və Yəmən xalq komitələri bu bölgələrdə geniş şəkildə yerləşiblər.
Küveytin əl-Cəridə internet portalı da bildirib ki, Bəhreynin quru qüvvələri analoqu olmayan şəkildə Ərəbistan ərazisinə daxil olaraq Yəmən sərhədlərində yerləşiblər.
Bəhreyn qüvvələrinin Ərəbistan və Yəmən sərhədlərində yerləşməsi elə bir haldadır ki, Ərəbistan Yəmənlə sərhədlərdə öz hərbçilərinin sayını artırdığını bildirib.