İyun 09, 2015 18:16 Asia/Baku
  • Səlahəddin Dəmirtaş
    Səlahəddin Dəmirtaş

Türkiyə Xalq Demokratik partiyasının lideri Səlahəddin Dəmirtaş Suriyadakı fəal terror təşkilatları dəstəkləməsininn dərhal dayandırılmasını Türkiyənin yeni hökumətinin xarici münasibətlərinin canlanmasının şərti adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Səlahəddin Dəmirtaş CNN-ə deyib: Bu tələb AKP və yaxud digər siyasi partiyalarla koalisiya hökumətinin təşkili üçün önəmli şərtdir.
HDP ilk dəfədir ki, Türkiyə parlament seçkilərində 13,5% səs toplayaraq minimum barajı keçib və bir partiya olaraq parlamentdə 80 yeri əldə edib.
Bu nailiyyət səbəb olub ki, AKP parlamentdə 258 yerlə səs çoxluğunu əldə edə bilməsin və hökumət qura bilməsin. Bu məsələ Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın konstitusiya dəyişikliyi və hökumətin parlament hökumətindən prezident hökumətinə çevrilməsi ilə bağlı amalına önəmli zərbə hesab olunur.
Dəmirtaş xatırladıb: Seçkilərin digər 3 qalib partiyası bu ölkə parlamentində siyasi tarazlığın mürəkkəbliyinə görə, gələcək hökumətin təşkil olunması ilə bağlı qərarın verilməsində tələsməyəcəkdir.
Ümumilikdə 550 yeri olan parlamentin 132 yerini CHP qazanaraq AKP-dən sonra ikinci yeri tutub. MHP 80 yeri əldə edərək HDP ilə birlikdə üçüncü yeri tutub.
Dəmirtaş partiyasının parlament seçkilərindəki qələbəsini tarixi adlandırıb və proqnoz edib ki, Türkiyənin daxili və regional məsələləri ilə əlaqədar siyasi hesablamalarına əsaslı təsir göstərəcək.
HDP, MHP və CHP hakim AKP-nin daxili və xarici məsələlər, xüsusilə də Ankaranın Suriyadakı terrorçuları dəstəkləməsi ilə bağlı siyasətlərinə qarşıdırlar və dəfələrlə Ərdoğanı bu siyasətlərə görə tənqid ediblər.

Teqlər