Mosulda İŞİD-in çeçen əsilli lideri Əbu Hişam əş-Şişani ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194680-mosulda_İŞİd_in_çeçen_əsilli_lideri_Əbu_hişam_əş_Şişani_ölüb
İŞİD terror qruplaşmasının partlayıcı qurğuların istehsalatına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş vermiş partlayış nəticəsində ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2015 04:20 Asia/Baku
  • Mosulda İŞİD-in çeçen əsilli lideri Əbu Hişam əş-Şişani ölüb
    Mosulda İŞİD-in çeçen əsilli lideri Əbu Hişam əş-Şişani ölüb

İŞİD terror qruplaşmasının partlayıcı qurğuların istehsalatına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş vermiş partlayış nəticəsində ölüb.

Səhər kanalının “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rudaw telekanalı məlumat yayıb.
“İŞİD-in tanınmış əmiri Əbu Hişam əş-Şişani və onun bir neçə silahdaşı yerləşdikləri düşərgədə partlayıcı qurğular istehsal edərkən baş vermiş partlayış nəticəsində ölüblər”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün İŞİD-in daha bir çeçen əsilli lideri Əbu Şamil əş-Şişani İraqın Beyci şəhəri yaxınlığında məhv edilib.