Demirtaşın Türkiyənin cənubundakı olaylar haqda xəbərdarlığı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194715-demirtaşın_türkiyənin_cənubundakı_olaylar_haqda_xəbərdarlığı
Türkiyə Xalqların Demokratik Partiyasının sədri kürdsakinli Diyarbəkir vilayətindəki qanlı hadisələrdən sonra bəzi dairələrin təhrikedici hərəkətləri barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2015 17:22 Asia/Baku
  • Səlahəddin Demirtaş
    Səlahəddin Demirtaş

Türkiyə Xalqların Demokratik Partiyasının sədri kürdsakinli Diyarbəkir vilayətindəki qanlı hadisələrdən sonra bəzi dairələrin təhrikedici hərəkətləri barədə xəbərdarlıq edib.

Türkiyədə çıxan Tərəf qəzetinin internet portalının məlumatına görə, Səlahəddin Demirtaş xəbərdarlıq edib ki, bəzi dairələr daxili qarşıdurma yaratmaq və Diyarbəkirdə alçaq fitnələr törətmək ardıncadırılar. O, xalqı sayıq olmağa çağırıb. O, həmçinin partiyaları dincliyi qorumağa səsləyərək, vurğulaıyb ki, siyasi rəsmilər aqilanə rəftarlarla bu kimi fitnələri zərərsizləşdirməlidirlər.
Demirtaş vurğulayıb ki, küdurətlə intiqam almağa təhrik edən kəslər xoşməram ola bilməzlər.
Dünən Hedi Par siyasi partiyasına yaxın olan humanitar yardımlar cəmiyyətlərindən biri- Ehya cəmiyyətinin sədri Aytac Baranın yaraqlı şəxslər tərəfindən qətlə yetirilməsindən sonra üç nəfər də yaraqlı şəxslərin atışması zamanı həyatını itirib.
Dünən Diyarbəkirdə bu hadisələrdən sonra baş vermiş çaxnaşmalarda bir neçə nəfər, o sıradan üç müxbir yaralanıb.
2005-ci ildə Diyarbəkir vilayətində yaradılmış Ehya cəmiyyəti bir təlim və humanitar yardımlar cəmiyyətidir. Hələ heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib.