Seyid Həsən Nəsrullah: Ayətullah Xamenei islam və müsəlmanların müdafiəsində öncüldür
İyun 11, 2015 08:04 Asia/Baku
-
Nəsrullah İnqilab Rəhbərini islam və müsəlmanların müdafiəsində öncül adlandırdı
Livan Hizbullahının baş katibi İran İslam İnqilabının Böyük Rəhbərinin islam və dünya müsəlmanlarının müdafiəsi üzrə öncül adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Beyrutda keçirilən İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin baxışının yeniliyi və ictihadı 2-ci konfransında bildirib: Dünya müsəlmanlarının vəliyyi əmri Ayətullah Xamenei islam və müsəlmanların müdafiəsində öncül və hazırkı zamanda ən böyük təqlid mərcəyidir.Livan Hizbullahının baş katibi Ayətullah Xameneinin hazırkı əsrin dili ilə danışdığını bəyan edərək bildirib: Ayətullah Xamenei məsələlərin həllində yüksək tədbir qüdrətinə malikdirlər və bu xüsusiyyət həssaslığa malik məsuliyyətlə birlikdə çox əhəmiyyət daşıyır.
Ayətullah Xameneinin hədələri fürsətlərə çevirmək yollarını yaxşı tanıdığını və təzyiq və çətinliklər qarşısında böyük qüdrətə malik olduğunu bildirən Seyid Həsən Nəsrullah deyib: O həzrət İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) vəfatından sonra islam ümməti və müsəlmanların rəhbərliyini ən yaxşı formada və çox çətin mərhələlərdə yerinə yetirmişlər.
Dünyada İslam Mədəniyyəti Strategiyaları adı altında İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin baxışının yeniliyi və ictihadı 2-ci konfrans çərşənbə gecədən Beyrutda işə başlayıb.
Bu konfransda İran, Livan, Mərakeş, İraq, İordaniya, Omandan,yüzlərlə alim, ziyalı, incəsənət xadimi, universitet müəllimi, eləcə də Misirin əl-Əzhər Universitetindən müəllimlər iştirak ediblər.
İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin baxışının yeniliyi və ictihadı 1-ci konfrans isə 2011-ci ildə Livan paytaxtı Beyrutda keçirilmişdi.