Yəmənin Səhiyyə Nazirliyi kömək istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194736-yəmənin_səhiyyə_nazirliyi_kömək_istədi
Yəmənin Səhiyyə Nazirliyi ikinci dəfə olaraq beynəlxalq təşkilatlar, dərman preparatları şirkətləri və dost ölkələrin bu ölkənin müalicə mərkəzlərinə kömək etmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 08:45 Asia/Baku
  • Yəmənin Səhiyyə Nazirliyi kömək istədi
    Yəmənin Səhiyyə Nazirliyi kömək istədi

Yəmənin Səhiyyə Nazirliyi ikinci dəfə olaraq beynəlxalq təşkilatlar, dərman preparatları şirkətləri və dost ölkələrin bu ölkənin müalicə mərkəzlərinə kömək etmələrini istəyib.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin Səba internet portalına istinadla verdiyi məlumata görə, Yəmənin Səhiyyə Nazirliyi verdiyi bəyanatda bu ölkənin müalicə mərkəzlərinin dərman və tibbi təchizatlarının təmin olunması istiqamətində kömək istəyərək bildirib: Yəmənin səhiyyə və müalicə mərkəzləri Ərəbistanın zalımcasına hücumlarının davam etməsinə görə, Yəmən əsaslı problemlər, dərman və tibbi təchizatın çatışmazlığı ilə üzləşib.
Bu bəyanatda bildirilir: Yəmənin quru, dəniz və hava mühasirəsinin davam etməsi bu ölkənin səhiyyə və müalicə xidmətlər sektorunu ciddi böhranla üzləşdirib və əsaslı məhsullar, dərman və yanacaq ehtiyatı bitmişdir.
Yəmənin Səhiyyə Nazirliyi əlavə edib: Ərəbistan xüsusi dərmanların Yəmənə idxalına icazə vermir və minlərlə yəmənlinin həyatı təhlükə qarşısındadır.
Ərəbistan qırıcı təyyarələri 26 martdan Yəmənin müxtəlif bölgələrini hava hücumlarına məruz qoyublar və bu hücumlarda indiyə qədər minlərlə yəmənli həlak olub və yaralanıb.