Ərdoğan Türkiyə partiyalarına çağırış etdi
İyun 11, 2015 17:32 Asia/Baku
Türkiyə prezidenti bu ölkənin siyasi partiyalarından istəyib ki, partiya mənfəətlərindən çəkinərək yeni hökumətin təşkili üçün əməkdaşlıq etsinlər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə təhsil almış xarici tələbə məzunların qarşısında etdiyi çıxışında seçkilərdə xalqın rəyinə hörmətlə yanaşmağı vurğulayaraq deyib: Türkiyə partiyaları yeni hökumətin təşkili üçün əməkdaşlıq etməlidirlər.Ərdoğan əlavə edib: Xalq öz səsləri ilə koalisiya hökumətini istəyir və hər bir şəxs və partiya özbaşınalığı, şəxsi və partiya mənafeyini kənara qoyaraq xoşməramlılıqla çalışmalıdır ki, yeni hökumət tez bir zamanda təşkil olunsun.
Türkiyə parlamentində siyasi partiyaların ədə etdiyi yerlərin sayı elə bir formadadır ki, heç bir partiya təklikdə yeni hökumət təşkil edə bilməz və koalisiya hökumətini təşkil etməyə məcburdur.
Türkiyə Parlament seçkilərinin nəticələri bu ölkənin Ali Seçki Şurası tərəfindən rəsmi nəticələr elan olunduqdan sonra Türkiyə prezidenti parlament seçkilrəində əksəriyyət səsi toplamış Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğluya yeni hökumət təşkil etməyi tapşırıb.
Türkiyə qanunlarına əsasən, koalisiya hökuməti olacaq bu ölkənin yeni hökuməti gələn 45 gün ərzində təşkil olunmalıdır. Bu baş vermədiyi halda seçkilərin yenidən keçirilməsi zəruri olacaq.
Əgər Davudoğlu etimad səsi qazanacaq digər partiyalarla hökumət təşkil edə bilməzsə, Türkiyə prezidenti siyasi prosesə əsasən 45 günlük müddət başa çatdıqdan sonra Türkiy parlamentində 2-ci böyük partiyanın rəhbəri yəni Kamal Qılıçdaroğluya hökumət təşkil etməyi tapşıracaq.
45 günlük müddətin sonunda Türkiyə Ali Seçki Şurası seçkilərin yenidən keçirilməsinə şərait yaradacaq.