İyun 12, 2015 19:11 Asia/Baku
  • Yəmənli qadınlar aksiya keçiriblər
    Yəmənli qadınlar aksiya keçiriblər

Yəmənli qadınlar aksiya keçirərək Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumunu pisləyiblər.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, paytaxt Sənanın əl-Səbeyn məntəqəsində yəmənli qadınlar aksiya keçirərək bildiriblər ki, Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumları və bu ölkəni mühasirə etmələri məğlubiyyətə məhkumdur.
Bu aksiyada iştirak edənlər "İslam qalibdir" şüarı səsləndirərək bildiriblər ki, müqaviməti davam etdirəcək və təcavüzkarlar qarşısında dayanacaqlar.
Yəmənli qadınlar Ərəbistanın Yəmənə hücumunu dəstəkləyən şəxslərin mühakimə edilməsini istəyiblər.
Onlar həmçinin Yəmənin siyasi qruplarından danışıqlara başlamalarını, yəmənli-yəmənli həll yolunu tapmalarını və bu ölkəni xarici tərəflərin istilasından xilas etmələrini istəyiblər.
Bu arada Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumları insanların həyatına son qoymaqdadır.
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin şimalında Sədə şəhərində Yəsnum bazarına hücum ediblər. Nəticədə 11 nəfər həlak olub, 7 nəfər də yaralanıb.
Səna şəhərinin qədim hissəsinin bombardman edilməsi də ən azı 5 nəfərin ölümü ilə nəticələnib. Həlak olanlardan 3 nəfəri qadın və uşaq olub.
Sənanın qədim hissəsinin min ildən çox keçmişi vardır və 1986-cı ildə BMT-nin Elm, Mədəniyyət və Təhsil Təşkilatı YUNESKO-nun beynəlxalq irs siyahısında qeydə alınıb.

Teqlər