Yəmən xalq komitəsi qüvvələrinin Ərəbistana mərmi hücumu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194785-yəmən_xalq_komitəsi_qüvvələrinin_Ərəbistana_mərmi_hücumu
Agah mənbələr Yəmən Ənsarullah xalq hərəkatının tabeliyində olan xalq komitəsi qüvvələrinin Ərəbistanın Yəmənə qarşı hava hücumlarının davam etməsinə reaksiyada Ərəbistanın Cazan sərhəd məntəqəsinə qarşı mərmi hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2015 05:54 Asia/Baku
  • Yəmən xalq komitəsi qüvvələrinin Ərəbistana mərmi hücumu
    Yəmən xalq komitəsi qüvvələrinin Ərəbistana mərmi hücumu

Agah mənbələr Yəmən Ənsarullah xalq hərəkatının tabeliyində olan xalq komitəsi qüvvələrinin Ərəbistanın Yəmənə qarşı hava hücumlarının davam etməsinə reaksiyada Ərəbistanın Cazan sərhəd məntəqəsinə qarşı mərmi hücumundan xəbər veriblər.

"Fələstin 48" xəbər portalının məlumatına görə, Ərəbistan hüquq müdafiəsi qüvvələrinin sözçüsü xəbər verib ki, Yəmən xalq komitəsi qüvvələri cümə günü Ərəbistanın Cazan sərhəd məntəqəsini mərmi hücumuna məruz qoyublar; nəticədə bir nəfər ölüb, bir nəfər də yaralanıbdır.
Digər tərəfdən, BMT bir bəyanatda Yəməndə döyüşən tərəflər arasında Cenevrə sülh müzakirələrinin dayandırılmasından xəbər verərək, bildirib ki, sabah başlanmalı olan bu müzakirələr bir gün təxirlə bazar ertəsi günü keçiriləcək.
Müzakirələr Yəməndə döyüşən əsas tərəflərin iştirakı ilə onların baxışlarının yaxınlaşdırılması və onların müzakirə masası arxasında oturmaları üçün Cenevrədə keçirilməlidir, amma Yəmənin fərari prezidenti Mənsur Hadi Ərəbistanın dəstəyi ilə bu iclasın keçirilməsinə mane olmağa çalışır.
Yəməndən daxil olan xəbərlər də ondan söz açır ki, təsvir və sənədlərin yayılmasına rəğmən, səudiyyə koalisiyası Sənada tarixi məntəqələrə hücumu inkar edib.
Ərəbistan qırıcıları dünən Yəmənin yaşayış məntəqələrindən əlavə, Yəmənin paytaxtında qədim məhəllə və məntəqələrin bir neçəsini bombalayıblar. YUNESKO bu hücumlara reaksiyada Sənada üçminillik binanın dağıdılmasını pisləyib və bu hücumda altı sivilin həlak olmasından təəssüflənib.