Mişel Oun Hizbullahın Qələmun və Ərsaldakı əməliyyatını dəstəkləyib
İyun 14, 2015 12:02 Asia/Baku
Livanın Milli Azad Cərəyanının rəhbəri Hizbullah qüvvələrinin Suriya-Livan sərhədlərində terrorçulara qarşı əməliyyatını dəstəkləyib.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, Livanın Milli Azad Cərəyanının rəhbəri Mişel Oun Suriya və Livan sərhədində Qələmun və Ərsal məntəqələrində Hizbullah qüvvələrinin əməliyyatını dəstəkləyərək bildirib: Terrorçuların bu bölgələrdəki iştirakına tezliklə son qoyulmalıdır.Livanın Milli Azad Cərəyanının rəhbəri Hizbullahı terrorçularla müharibəyə görə tənqid edən şəxslərə qarşı çıxıb və deyib: Müqavimət Livanı özbaşına buraxmayacaq.
Hizbullah döyüşçüləri və Livan ordusu üç həftə öncədən bu ölkənin şimal-şərqində Ərsal şəhərinin ətraf bölgələri və Suriya və Livan sərhədində yerləşən Qələmun sərhəd məntəqəsinin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıblar.
Müqavimət döyüşçüləri bu müddətdə çoxmilliyyətli terrorçuların işğalında olan təxminən 800 kvadrat kilometr ərazidən 530 kvadrat kilometr ərazini azad edə bilmişlər.