Yəmənin ordusu və xalq komitələri Əlcuq vilayətnin mərkəzinə yiyələniblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194850-yəmənin_ordusu_və_xalq_komitələri_Əlcuq_vilayətnin_mərkəzinə_yiyələniblər
Yəmənin ordusu və xalq komitələri öz irəliləyişlərinin davamında Əlcuq vilayətnin mərkəzi olan Əlhəzm şəhərini Əlqaidə terrorçularının əlindən azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 13:02 Asia/Baku
  • Yəmənin ordusu və xalq komitələri Əlcuq vilayətnin mərkəzinə yiyələniblər
    Yəmənin ordusu və xalq komitələri Əlcuq vilayətnin mərkəzinə yiyələniblər

Yəmənin ordusu və xalq komitələri öz irəliləyişlərinin davamında Əlcuq vilayətnin mərkəzi olan Əlhəzm şəhərini Əlqaidə terrorçularının əlindən azad ediblər.

Səhər kanalının Əlməyadin telekanalına istinadlı məlumatına görə, Yəmənin ordusu və xalq komitələri Əlqaidə terrorçuları kəskin döyüşlərdən sonra Sənadan şimal-şərqdə yerləşən Əlcuq vilayətnin mərkəzi sayılan Əlhəzm şəhərini terrorçulardan təmizləyiblər.
Yəmənin ordusu və xalq komitələri həmçinin səudiyyə qırıcılarının hücumlarına cavab olaraq, Zəhran məntəqəsinin mərkəzindəki Əlcəhfa hərbi mövqeyinə 33-dən çox raket və mərmi atıblar. Onlar habelə mərmilərlə Əlib məntəqəsini hədəfə alıb və Bəlt komandanlıq mərkəzinə üç raket atıblar. Nəticədə səudiyyəli hərbçilər bu mərkəzdən qaçıblar.
Digər tərəfdən, Yəmənin ordusu və xalq komitələri bir neçə mərmi ilə Nəcrandakı Təhuqə hərbi mövqeyini də hədəfə alıblar.