Beynəlxalq qurum Ərəbistanın Yəmənə hücumu barədə araşdırmanı vurğuladı
İyun 16, 2015 07:57 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumu haqda araşdırmanın aparılması vurğulandı
BMT-nin İnsan Haqları Şurasının Ali Komissiyası Səudiyyə Ərəbistanını Yəmənin yaşayış bölgələrinə hava hücumları barədə araşdırmanın aparılmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadən verdiyi məlumata gör, BMT İnsan Haqları Şurasının Ali komissarı Zeyd Raid əl-Hüseyn bazar ertəsi günü Cenevrədə İnsan Haqları Şurasının 29-cu iclasında Yəməndə silahlı toqquşmalar zamanı vətəndaşların təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayaraq deyib: Səudiyyə Ərəbistanının Yəmənin əhalisi sıx və sivillər yaşayan bölgələrə ardıcıl hücumları barədə ətraflı araşdırma zəruridir.Zeyd Raid əl-Hüseyn həmçinin etiraf edib ki, BMT-nin ömründən 70 ilin keçməsinə baxmayaraq, hələ də dünyanın müxtəlif bölgələrində zülm, müstəbidlik və ədalətsizlik davam edir.
İnsan Haqları Şurasının Ali komissarı müxtəlif ölkələrdə zülm və ədalətsizliklə ciddi mübarizəni vurğulayıb və bildirib: Hamı məsuliyyət daşıyır və bu sahədə istisna hal olmamalıdır.
BMT İnsan Haqları Şurasının 29-cu iclası ötən gün Cenevrədə işə başlayıb və iyulun 3-ə qədər davam edəcək.