Rusiya qərb medialarının Suriya reallıqlarını təhrif etmələrini tənqid etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194909-rusiya_qərb_medialarının_suriya_reallıqlarını_təhrif_etmələrini_tənqid_etdi
Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü qərb mediaları tərəfindən Suriya reallıqlarının təhrif olunması və bu ölkə barədə qərəzli məlumatların yayılmasını tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 04:14 Asia/Baku
  • Rusiya qərb medialarının Suriya reallıqlarını təhrif etmələrini tənqid etdi
    Rusiya qərb medialarının Suriya reallıqlarını təhrif etmələrini tənqid etdi

Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü qərb mediaları tərəfindən Suriya reallıqlarının təhrif olunması və bu ölkə barədə qərəzli məlumatların yayılmasını tənqid edib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadən verdiyi məlumata görə, Rusiya XİN Homs şəhərində 3 nəfərin ölməsi və 37 nəfərin yaralanması ilə nəticələnən 2 terror aktının törədilməsi ilə bağlı verdiyi bəyanatda xatırladıb: Təəssüflər olsun ki, bir çox qərb və region ölkələrinin mediası hər bir şəraitdə sivillərin qətlində Suriya hökumətinin məsuliyyət daşıdığını elan etməyə çalışırlar. Bu medialar Suriya xalqına qarşı daş ürəkliliyi ilə hər gün anti-bəşəri cinayətləri törədən və xaricdən dəstəklənən terrorçular və radikalların məhvedici fəaliyyətlərinə heç bir diqqət yetirmirlər.
Rusiya XİN bu bəyanatda Suriyanın birliyi və hakimiyyət hüququnun qorunmasında maraqlı olan suriyalı tərəfləri 30 iyun Cenevrə milli müzakirlərində iştiraka dəvət edib və Suriya problemindəki tərəf ölkələrdən bu böhranın diplomatik yolla həlli prosesini dəstəkləmək üçün öz nüfuzundan istifadə etmələrini istəyib.
Bəyanatda bildirilir ki, yalnız bu yolla terrorçuların məhvi və Suriyada sülh və dincliyin bərqərar olunması məqsədilə suriyalıların birliyi üçün lazımi şəraiti yaratmaq olar.