Cenevrə müzakirələrinin başlanası ilə Yəmənə hücumlar kəskinləşib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194917-cenevrə_müzakirələrinin_başlanası_ilə_yəmənə_hücumlar_kəskinləşib
Səudiyyə Ərəbistanı və mütəfiqlərinin qırıcı təyyarələrinin Yəmən ərazisinə hücumları Cenevrə müzakirələri başlanmasına baxmayaraq güclənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 08:40 Asia/Baku
  • Cenevrə müzakirələrinin başlanası ilə Yəmənə hücumlar kəskinləşib
    Cenevrə müzakirələrinin başlanası ilə Yəmənə hücumlar kəskinləşib

Səudiyyə Ərəbistanı və mütəfiqlərinin qırıcı təyyarələrinin Yəmən ərazisinə hücumları Cenevrə müzakirələri başlanmasına baxmayaraq güclənib.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, BMT-nin nəzarəti ilə Cenevrədə yəmənli tərəflər arasında danışıqların başlanması ilə eyni vaxtda Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin müxtəlif bölgələrinə qarşı öz hücumlarını artırıblar.
Məlumata görə, bu hücumlarda Yəmən paytaxtı Sənanın bölgələri, İmran vilayətində Cəbəl Əttan bölgəsi, Həccə və Sədədə bir sıra bölgələr, eləcə də Ərəbistan sərhədinə yaxın ərazilər hədəfə alınıb.
Əhalinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Təiz vilayətində hərbi mövqeləri və əl-Huban məntəqəsində əl-Siyanə düşərgəsinə 4 raket atıblar. Nəticədə güclü partlayışla baş verib.
Təiz şəhərində yerli mənbələr bildiriblər ki, Nöqtə əl-Sətin yaxınlığında Yəmən inqilabçıları ilə Səudiyyə Ərəbistanı muzdluları arasında ağır döyüşlər gedir.