Sionistlər əl-Əqsa məscidinə basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194921-sionistlər_əl_Əqsa_məscidinə_basqın_ediblər
Sionist qəsəbə sakinləri hərbçilərin dəstəyi ilə əl-Əqsa məscidinə hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 10:11 Asia/Baku
  • Sionistlər əl-Əqsa məscidinə basqın ediblər
    Sionistlər əl-Əqsa məscidinə basqın ediblər

Sionist qəsəbə sakinləri hərbçilərin dəstəyi ilə əl-Əqsa məscidinə hücum ediblər.

Səhər Beynəlxalq Televiziyasının Fələstin İnformasiya Mərkəzinə istinadla verdiyi məlumata görə, onlarla sionist qəsəbə sakini ötən gecə Babul-Muğaribə tərəfindən əl-Əqsa məscidinə daxil olub və bu müqəddəs məkana hörmətsizlik ediblər.
Sionist rejim hərbçiləri də fələstinlilərin əl-Əqsa məscidinə daxil olmalarına mane olublar.
Sionistlər həmişə əl-Əqsa məscidinə hücum edərək bu müqəddəs məkana hörmətsizlik edirlər.
Sionist rejim Beytül-Müqəddəsi işğal etdiyi zamandan həmişə əl-Əqsa məscidinin ətrafında və həyətlərində qazıntılar kimi məkrli planlar həyata keçirərək müsəlmanların müqəddəs məkanını dağıtmaq niyyətindədir.
Bu arada sionist rejim İordan çayının qərb sahilində yerləşən Beyt-ləhm şəhərinin kənd ərazilərinə hücum edərək yüzlərlə zeytun ağacını məhv ediblər.