Bəhreyn xalqı Şeyx Əli Salmanı dəstəkləyir
İyun 16, 2015 17:05 Asia/Baku
Bəhreyn vətəndaşları Milli Birlik İslam Cəmiyyətinin baş katibinin həbsi və mühakiməsinin davam etməsinə etiraz olaraq aksiya keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Bəhreyn paytaxtı Manamanın əl-Bilad əl-Qədim məntəqəsində hərbçilərin hazır vəziyyətə gətirilməsinə baxmayaraq, Bəhreyn vətəndaşları Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın həbsi və mühakiməsinin davam etməsinə etiraz olaraq aksiya keçirib və onun dərhal azad olunmasını vurğulayıblar.Etirazçılar Bəhreyn bayrağı və Şeyx Əli Salmanın şəkillərini əllərində tutaraq demokratiyanın reallaşmasına dair bu ölkə xalqının qanuni və ədalətli tələblərinin gerçəkləşməsini istəyiblər.
Bu istiqamətdə əl-Diyə və əl-Müsəlla bölgələrində və digər bölgələrdə ictimai etiraz aksiyaları keçirilib.
Ali-Xəlifə rejimi məhkəməsi bu gün Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman barədə qərar verərək onu 4 il azadlıqdan məhrum edib.
Şeyx Əli Salman 2014-cü il 28 dekabrda əsassız ittihamlarla həbs olunub.
Bəhreyn xalqı 20110ci ildən bəri ölkədə ictimai və siyasi islahatların aparılmasını tələb edir.
Ali-Xəlifə rejimi dinc etirazları repressiya edir, müxalifləri edam, həbs və ya vətəndaşlıqdan məhrum edir.