İyun 17, 2015 09:57 Asia/Baku
  • İraqın qərbində 40-dan çox terrorçu öldürüldü
    İraqın qərbində 40-dan çox terrorçu öldürüldü

İraq qüvvələri bu ölkənin qərbində keçirdikləri əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının ən azı 42 terrorçusunu öldürüblər.

Səhər Beynəlxalq Televiziyasının Misirin əl-Youm əl-Sabe portalına istinadla verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyi bildirib: İRaq ordusu, polis, xalq və köçəri qüvvələrinin çərşənbə axşamı günü əl-Anbar vilayətinin Ər-Rəmadi şəhərin əl-Kərəmə və əl-Fəhilat bölgələrində keçirdikləri əməliyyatda 42 terrorçu öldürülüb, terrorçuların 15 mövqeyi və 6 avtomobili, o cümlədən bomba quraşdırılmış 1 avtomobili müəyyənləşdirilərək məhv edilib.
İraq Prezident Aparatının sözçüsü Xalid Şovani də İraqda terrorçulara qarşı edam qərarları barəsində deyib: 2006-cı ildən indiyə qədər cinayətkarlara qarşı təxminən 600 edam qərarı verilib. Bunların arasında 160 nəfər terror fəaliyyətlərinə görə edama məhkum olunub.
Şovaninin sözlərinə görə, İraq prezidenti Fuad Məsum müttəhimlərə qarşı çıxarılan qərarların icrasına cinayət sübut olunduğu halda, mütləq göstəriş verəcək.
Xalid Şovani əlavə edib: Edama məhkum olunan terrorçular İraqın müxtəlif vilayətlərindəndirlər.
İraq Prezident Aparatının sözçüsü müxətlif qruplardan istəyib ki, ölkənin ədliyyə məsələləri barədə əsassız açıqlamalar verməklə siyasi vəziyyəti gərginləşdirməsinlər.
Bundan öncə Qanun hökuməti koalisiyasından deputat Adnan Əsədi İraq prezidentini 7000 terrorçuya qarşı çıxarılan qərarların icrasın ilə razılaşmağa mane olmaqda ittiham etmişdi.
Terror aktları indiyə qədər İraqda minlərlə insanın həyatına son qoyub.

Teqlər