Yəmən ordusu Ərəbistan hərbçilərinin mövqelərinə hücum edib
İyun 17, 2015 05:45 Asia/Baku
-
Yəmən ordusu Ərəbistan hərbçilərinin mövqelərinə hücum edib
Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanının cənubunda bu ölkə ordusunun bir neçə mövqeyini hədəfə alıblar.
Səhər Beynəlxalq Televiziyasının Səba portalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Nəcran məntəqəsində səudiyyəli hərbçilərin mövqelərinə hücum edərək 4 hərbi avtomobili məhv ediblər.Yəmən qüvvələri həmçinin Zəhran Əsirdə Əmiş hərbi bazasını 40 raketlə atəşə tutublar.
Cizanda Əbu Əriş məntəqəsində də Ərəbistan hərbçilərinin bir neçə mövqeyi raketlə atəşə tutulub.
Yəmən İnsan Haqları Mərkəzi də bildirib ki, Ərəbistanın Yəmənə qarşı zalım mühasirəsinin davam etməsi insanlar üçün çoxlu problemlər yaradıb və onları ərzaq çatışmazlığı və elektrikin kəsilməsi problemi ilə üzləşdirib.
Bu məlumatda Ərəbistan qırıcı təyyarələrinin Yəmənin tarixi abidələrinə hücumu pislənilib.
Yəmən İnsan Haqları Mərkəzinin bildirdiyinə görə, Ərəbistan qırıcı təyyarələrinin yaşayış massivləri, tarixi abidələri və infrastrukturlarına hücumları 80 gün öncədən başlayıb və kəskin şəkildə davam edir.
Ərəbistan qırıcı təyyarələri 26 martdan müdaxilə xarakterli bir hərəkətdə Yəmənin müxtəlif bölgələrini hücuma məruz qoyublar. Bu hücumlarda indiyə qədər minlərlə yəmənli həlak olub və yaralanıb.
Teqlər