Həmas: Atəşkəs üçün heç bir ciddi layihə mövcud deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194974-həmas_atəşkəs_üçün_heç_bir_ciddi_layihə_mövcud_deyil
Fələstin İslam Müqaviməti Hərəkatı(Həmas) sionist rejimlə atəşkəs üzrə hansısa təklifin alındığını təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2015 05:06 Asia/Baku
  • Həmas: Atəşkəs üçün heç bir ciddi layihə mövcud deyil
    Həmas: Atəşkəs üçün heç bir ciddi layihə mövcud deyil

Fələstin İslam Müqaviməti Hərəkatı(Həmas) sionist rejimlə atəşkəs üzrə hansısa təklifin alındığını təkzib edib.

Misirin Şərqül-Əvsət xəbər agentliyinin məlumatına görə, Həmas-ın siyasi bürosunun üzvü Musa Əbumərzuq dünən gecə deyib ki, sionist rejimlə atəşkəs üzrə heç bir yazılı layihə mövcud deyil və bu hərəkat bu mövzu haqda bütün fələstinli qruplarla fiikir mübadiləsi aparır.
Həmas-ın siyasi bürosunun üzvü sonra deyib ki, bu hərəkat sionist rejimlə atəşkəs üzrə heç bir təklif və ya ciddi layihə almayıb və bəzi tərəflərin vasitəçiliyi ilə atəşkəs layihəsi şifahi həddə olub.
Əbumərzuq vurğulayıb: Həmas hərəkatı Fələstin məsələsində əsla təkbaşına hərəkət etməyəcək və həmişə milli maraqları nəzərə alacaq.
Həmas hərəkatının baş üzvü həmçinin Qəzzə sakinləri olan fələstinlilərin mühasirəyə son qoymaq, bu məntəqənin bərpası və hava və dəniz limanlarının inşası üzrə haqqını vurğularaq, söyləyib: Qəzzə zolağı İordan çayının qərb sahilindən ayrılmamalı və Fələstin xalqı öz qanuni hüquqlarına çatmaq üçün əzab-əziyyətlərə məruz qalmamalıdır.
Bəzi informasiya qaynaqları son zamanlar Həmas hərəkatının Qəzzə zolağı mühasirəsinin azadılması, bu məntəqənin bərpasının sürətləndirilməsi və dünya ictimaiyyətinin nəzarəti ilə dəniz limanının inşası qarşlığında sionist rejimlə beşillik atəşkəs layihəsi ilə razılaşmaq üzrə qərarından xəbər veriblər.