İraqın qərbində onlarla terrorçu öldürülüb
İyun 18, 2015 13:54 Asia/Baku
-
İraqın qərbində onlarla terrorçu öldürülüb
İraqlı qüvvələrin bu ölkənin qərbində keçirdikləri əməliyyatda onlarla terrorçu öldürülüb.
Təsnim xəbər agentliyinin məlumatına görə, İraq Daxili İşlər Nazirliyi bildirib ki, iraqlı qüvvələrin Ələnbar vilayətinin qərbinə qarşı hava hücumlarında 34 İŞİD terrorçusu öldürülüb.Bu məlumata görə, İŞİD-in bazalar idarəsinin başçısı Əbu-İbadə ləqəbli Məhəmməd Həmid Ələsafi, Əbu-Xəttab Əlşişani və Bəşşar Əmin Əlhiti öldürülmüş İŞİD terrorçuları arasındadırlar.
Digər tərəfdən, İraqın könüllü xalq qüvvələri Səlahəddin vilayətindəki Bici şəhərinin Əlsiniyyə məntəqəsini İŞİD terrorçularından təmizləməyə hazır olduqlarını bildiriblər.
İraq könüllü xalq qüvvələri şurasının sözçüsü Kərim Əlnuri də deyib ki, bu qüvvələr Bici icra hakimiyyəti binasını azad etdikdən sonra İŞİD terrorçuları tərəfindən yerləşdirilmiş bombaların aşkarlanıb, zərərsizləşdirilməsi əməliyyatına başlayıblar.
O, əlavə edib: Terrorçu İŞİD qruplaşmasının bəzi snayperləri hələ də bəzi məntəqələrdə gizləniblər, amma onların hamısı xalq qüvvələrinin mühasirəsindədir.