Suriya ordusunun terrorçulara qarşı əməliyyatları davam edir
İyun 18, 2015 16:51 Asia/Baku
-
Suriya ordusunun terrorçulara qarşı əməliyyatları davam edir
Suriya ordusunun ölkənin müxtəlif məntəqələrində terrorçulara qarşı əməliyyatları davam edir.
Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, bu ölkə ordusu terrorçu qruplaşmaların İdlib şəhərinin ətrafında yerləşən Səhn, Cənnətül-Qüra və Məməl Səkər məntəqələrinə qarşı hücumlarını önləyərək, onlara ağır zərbələr endirib.Suriya ordusu həmçinin, Latakiya şəhərinin yaxınlığında bir yoxlama buraxılış məntəqəsinə hücum etmək istəyən bir qrup terrorçunu məhv edib.
Quneytrənin ətrafında da ordu qüvvələrinin həyata keçirdiyi əməliyyatda bir qrup terrorçu məhv edilib.
Dəməşqin ətrafında, Duma məntəqəsində də terrorçular Suriya ordusunun ağır hücumları qarşısında davam gətirməyərək, ciddi itkilər veriblər.
Suriya ordusu həmçinin, Homs şəhərinin şərq hissəsində, Cəbəlül-Şair və Cəzəl məntəqələrində İŞİD terrorçuları ilə ağır döyüşlərə başlayıb.
Hələbin şimal hissəsində yerləşən Başkuy və Həndərat kəndlərində də ordu qüvvələri ilə terrorçular arasında toqquşmalar davam edir.
Suriya ordusu ölkənin qərbində yerləşən Həma şəhərinin ətraf məntəqələrində də terrorçuların Səhl əl-Qalib kəndlərinə qarşı hücumlarını önləmək üçün əməliyyatlar həyata keçirir.