İyun 19, 2015 18:18 Asia/Baku
  • Qəzzə sakinlərinin vəziyyəti ilə bağlı nigaranlıqlar davam artır
    Qəzzə sakinlərinin vəziyyəti ilə bağlı nigaranlıqlar davam artır

Mübarək Ramazan ayının gəlib çatması ilə bir vaxtda Qəzzə zolağında mühasirədə olan 2 milyon fələstinlinin durumu ilə bağlı vəziyyət ciddi nigaranlıqlara səbəb olub.

Fələstin rəsmilərinin bildirdiklərinə görə, təqribən 2 milyon insan bu il Qəzzə zolağında mübarək Ramazan ayını elə bir şəraitdə qarşılayır ki, sionist rejimin bu məntəqəyə olan hücumları və mühasirəinin davam etməsinə görə, məntəqə sakinləri insani və iqtsiadi baxımdan son dərəcə ağır və dözülməz vəziyyət ilə üz-üzədirlər.
Qəzzənin ticarət palatasının üzvü Mahir Təba dünən cümə axşamı mübarək Ramazan ayının birinci günündə deyib: Bu il İsrail rejiminin Qəzzənin mühasirəsini daha da artırmasına görə, işsizlik və yoxsulluq səviyyəsi orta hesabla müvafiq olaraq 55 və 39% artıb. Beləliklə təqribən 1 milyondan artıq insan, yəni Qəzzə əhalisinin təqribən 60%-i gündəlik gəlirdən məhrum vəziyyətə düşüb.
Qəzzənin mühasirəsi ilə mübarizə xalq komitəsinin sədri Camal Xızrı da mübarək Ramazan ayında Qəzzədə vəziyyətin xeyli təəssüfləndirici olduğunu bildirib və deyib: Qəzzənin İsrail rejimi tərəfindən mühasirədə saxlanılması və ötən ilin yayında Qəzzəyə olan hücumlar nəticəsində yaranan dağıntıların aradan qaldırılması və abadlıq işlərinin təxirlə həyata keçirilməsi məntəqə sakinlərinə son dərəcə mənfi təsir buraxır. Qəzzə əhalisinin problemlərinin kifayət qədər çox olmasına baxmayaraq Misir ordusu da Sina səhrasında yaşanan hadisələri bəhanə edərək, Qəzzə zolağının yeganə çıxış nöqtəsi olan Rəfəh keçidini bağlayıb. Bu da mübarək Ramazan ayında Qəzzə əhalisinin problemlərinin daha da artmasına səbəb olub. Belə ki, Rəfəh keçidi mühasirədə olan Qəzzə zolağının xarici dünya ilə yeganə əlaqə yolu sayılır. Bütün bunlara baxmayaraq, İsrail rejimi Qəzzədə insani durumun ağır olması ilə bağlı dünya ictimaiyyətinin xəbərdarlıqlarını qulaq ardına vuraraq, Qəzzənin mühasirəsini daha da artırır. İsrail rejiminin Qəzzəyə yanacaq, ərzaq məhsulları, dərman preparatları və tikinti materiallarının gətirilməsinə icazə verməməsi məntəqə sakinlərinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.
İnsan Haqlarına Nəzarət Təşkilatı Qəzzənin vəziyyətini nəzərə alaraq, yaşanan insani faciənin önlənilməsi üçün dünya ictimaiyyətinin dərhal məsələyə müdaxilə etməsini istəyib. Qəzzənin mühasirəsinin gücləndirilməsi ilə yanaşı sionist rejim hərbçiləri hər gün müxtəlif məntəqələrə qarşı hücumlar həyata keçirərək, Qəzzə sakinlərinin vəziyyətini daha da ağırlaşdırırlar. Bu hücumlar elə bir şəraitdə davam edir ki, ötən ilin yayında 50 günlük müharibənin ardınca imzalanan atəşkəs müqaviləsinə əsasən İsrail rejimi Qəzzəyə qarşı hücumlarını dayandırmalıdır.
Fələstin xalqı və rəsmiləri bu fikirdədirlər ki, sionist rejim Qəzzə sakinlərinə qarşı təzyiqləri artırmaqla Qəzzədə ictimai narazılığa yol açmaq və əhalini Həmasa qarşı təhrik etmək niyyətindədir. Amma, Qəzzə əhalisi ötən 9 ildə sionist rejimin bütün cinayətləri və təzyiqləri qarşısında müqavimət göstərərək, bu rejimin təzyiqlərinə təslim olmayacağını sübut edib.

Teqlər